II Yelizavetanın ölümü ilə bağlı yeni fakt

Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, kraliça heç bir ağrı hiss etmədən – yuxuda ölüb. Bu barədə kraliçanın şəxsi katibi Edvard Yanq məlumat yayıb.

Hazırda kral ailəsinin arxivində saxlanılan sənəddə II Yelizavetanın “çox dinc şəkildə” vəfat etdiyi bildirilir.

Bundan əvvəl nəşr kraliçanın həyatı ilə bağlı tərcümeyi-halı kitabına istinad edərək kraliçanın sümük iliyi xərçənginin nadir formasından – mielomadan öldüyü iddia edilirdi.

Xatırladaq ki, II Yelizaveta 2022-ci il sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib. Sentyabrın 10-da onun oğlu III Çarlz rəsmən yeni kral elan edilib.