p q

Erməni Apostol Kilsəsinin katolikosu II Qareginin qardaşı Ezras Nersisyan KQB agentidir”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Nersisyanın sovet dönəmindən bu yana KQB agenti kimi çalışdığını bildirib:

“Dediklərim aydındır, hətta konkret ad da vermişəm. O,  hələ SSRİ zamanında KQB-yə işləyirdi. Bunu sübut edən sənədlər belə var. Maraqlıdır ki, açıqlamalarımıza Nersisyan qardaşların heç biri reaksiya verməyiblər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə “Yeni Naxçıvan yeparxiyası” adlanan kilsənin yepiskopu Ezras Nersisyanı təltif edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: