
“II Qareginin subaylıq andını pozduğu və uşağı olduğu ortaya çıxarsa, o, bütün ermənilərin katolikosu ola bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk hesabındakı paylaşımında qeyd edib.
Paşinyan vurğulayıb ki, hər kəsin şəxsi və ailə həyatına hörmətlə yanaşmaq lazımdır, lakin bütün ermənilərin katolikosu kimi briinin şəxsi həyatının belə olmaması vacibdir:
“Bütün ermənilərin katolikosu şəxsi həyatında bu cür vəziyyətə malik olmamalıdır. Mən bu mövzunu Erməni Apostol Kilsəsinin davamçısı kimi qaldırıram, çünki bunu mənəvi təhlükəsizlik məsələsi hesab edirəm. Eyni zamanda, Ermənistanın baş naziri kimi də bunu dövlət təhlükəsizliyi problemi olaraq dəyərləndirirəm”, – Paşinyan bildirib.
Safura Bənnayeva
Globalinfo.az