İƏT nümayəndələri Gəncədə – YENİLƏNİB

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvləri müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərərçəkmiş sakinlərlə görüşüblər. Qonaqlara İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə, mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən müharibə cinayətləri barədə məlumat verilib.

Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş “İmamzadə” Ziyarətgah Kompleksində yerində monitorinq aparıblar.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

***10:41

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) idarə etdiyi nümayəndə heyəti Gəncəyə səfəri çərçivəsində “İmamzadə Ziyarətgah” Kompleksində olublar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ombudsman aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti “İmamzadə”ni ziyarət ediblər.

Qonaqlar “İmamzadə Ziyarətgah” Kompleks ilə tanış olublar. Onlara kompleks haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir. Xatırladaq ki, qonaqlar ötən gün işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olublar.

***10:00

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) idarə etdiyi nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İƏT MDİHK sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Qələbə parkını ziyarət edib.

İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib.

Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Qələbə parkının ziyarətinədən sonra Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər çəkmiş şəxslərlə görüş keçirilib və onların ifadələri qeydə alınıb. Xatırladaq ki nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Faktaraşdırıcı missiya İƏT MDHİK nümayəndə üzvləri və Ombudsman Aparatının əməkdaşları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirir. Qeyd edək ki, qonaqlar ötən gün işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olublar.

Səfərin davamında İƏT MDİHK nümayəndə heyəti İmamzadə Ziyarətgah” Kompleksi ziyarət edəcək.

İƏT MDİHK nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olub - YENİLƏNİB İƏT MDİHK nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olub - YENİLƏNİB

***09:25

Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Gəncə şəhərində səfərdədir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyəti saat 10.00-da Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş ərazilərdə olacaq və orda olan obyektlərdə monitorinq aparaca. Həmin ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə tanışlıq nəzərdə tutulur. Raket hücumuna qalan ərazilərdən biri olan Qələbə parkının ziyarət edilməsi və erməni terrorundan zərərçəkmişlərlə görüş keçirilməsi də plandadır.

Bundan başqa qonaqların İmamzadə Ziyarətgah Kompleksi ziyarət etməsi və şəhərin digər ərazilərinə də baxış keçirməsi nəzərdə tutulub. Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir. Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Xatırldaq ki sentiyabrın 2-dən ölkməzidə səfərdə olan İƏT MDİHK nümayəndə heyəti ötən günlərdə işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olublar. Onlar sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaqlar.