Ceyhun Bayramov mühüm iclasda çıxış edir – YENİLƏNİB

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 2023-cü ildə sədrliyi ilə bağlı bəyanatla İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxış edir. 

Globalinfo.az xəbər verir  ki, bu barədə XİN-dən bildirilib.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir.

***10:00

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası başlayıb.

Globalinfo.az xəbər verir ki, Daşkənddə keçirilən iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

Görüş bir neçə dəqiqə əvvəl ev sahibi ölkənin xarici işlər nazirinin açılış nitqi ilə başlayıb.