İƏT: Azərbaycanın Tehrandakı səfirliyinə xain hücumu qətiyyətlə pisləyirik

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi bu gün İranın paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının Səfirliyinə qarşı törədilmiş, səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və iki nəfəri yaralanması ilə nəticələnən xain hücumu qətiyyətlə pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir.

Baş Katiblik dəhşətli hücumun günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayır.

“İƏT Baş katibi Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirərək, həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyir”, – bəyanatda qeyd olunub.