Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib.
Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.
Şahidlərin “Report”a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib. Bildirilir ki, güllə müəllimənin boyun nayihəsinə dəyib.