“İdrak” liseyində təhsil alan daha bir tanınmış simanın adı məlum olub.
Globalinfo.az “Yeni Sabah“a istinadən xəbər verir ki, lisey şagirdləri arasında Azərbaycan Ordusunun polkovniki Ramil Səfərovun övladları da var.
Onun oğlu 3-cü sinifdə, qızı isə 7-ci sinifdə oxuyur.
Qeyd edək ki, Ramil Səfərov 2012-ci ilin oktyabrında ailə həyatı qurub və hazırda bir qızı, bir oğlu var.
2017-ci ildə ona polkovnik-leytenant rütbəsi verilib.
Liseydə bir sıra tanınmış simaların övladları da təhsil alır. O cümlədən:
Aparıcılar Zaur və Günay Baxşəliyevanın qızı Dilavər
Rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseyn (Əvvəl təhsil alıb)
Müğənni Nazənin Salayevanın oğlu Orxan
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir Dərya
Ramil Səfərov
***13:30
Bu gün Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Atəş nəticəsində 29 yaşlı qadın müəllimə xəsarət alıb.
Globalinfo.az bildirir ki, Modern.az-ın məlumatına görə, “İdrak” Liseyində təhsil alan şagirdlər arasında bir sıra tanınmış məşhurların övladları və yaxınları da var. Belə ki, hazırda liseydə aparıcı Zaur Baxşəliyevin qızı və Əməkdar artist, müğənni Aqşin Abdullayevin övladı təhsil alır.
Bundan əlavə, AMEA-nın prezidenti İsa Həbibbəylinin nəvəsi, Xalq şairi Zəlimxan Yaqubun nəvələri, müğənni Elton Hüseynəliyevin qızları da müxtəlif illərdə bu liseyin məzunları sırasında yer alıb.