İdmançımız gümüş medal qazandı

6767d5794d0596767d5794d05a17348581056767d5794d0576767d5794d058

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə uğurla çıxış edib.

Globalinfo.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə gümüş medal qazanıb.

Turnirdə Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.

Ümid Bağırovun baş məşqçisi Əməkdar idman ustası Elçin Hüseynovdur.