1699109986 1699109224 1364229a e6dd 3ca2 a63b 9eaae6a7e044 850

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib.

Rəqibinə qalib gələn Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, cüdoçu 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal əldə edib.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Globalinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Moldovadan olan Petru Pelivana qalib gəlib.

Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.

Paylaş: