İdmançılarımız Sofiyada dörd medal qazandı

5bfd9126 599d 32c4 a644 a86cc03a8cb3 850

 

 

 

Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.

Globalinfo.az xəbər verir ki, yığmanın hesabına növbəti mükafatı Murad Allahverdiyev (80 kq) yazdırıb.

Bununla da millinin Sofiyada əldə etdiyi medalların sayı dördə yüksəlib. Allahverdiyevdən öncə Tural Sarıyev (48 kq) ikinci, Nicat Hüseynov (51 kq) Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.

***

Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında 51 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov  Avropa çempionatının gümüş medalını qazanıb.

Globalinfo.az xəbər verir ki, boksçumuz fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Bu, Azərbaycan millisinin yarışda qazandığı üçüncü medal olub. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.

***

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.

İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.

Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.