İdmançılarımız Ermənistana bayrağımızı qaldırmağa gedir

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün 5 ağırlıqqaldıran sifariş edib.

Globalinfo.az-ın xəbərinə görə, AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev “Report”a bildirib ki, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb.

Federasiya rəsmisi deyib ki, bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan kimlərin qatılacağı dəqiq deyil.

Qeyd edək ki, yarış aprelin 15-dən 23-dək keçiriləcək.