Rövşən Binnətli vəzifəsindən azad olundu – Səbəb

İdman TV kanalının direktoru Rövşən Binnətli işdən azad olunub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Rövşən Binnətlinin vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək.

Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından İdman TV-nin direktoru vəzifəsində çalışırdı.

AzTV-nin Mətbuat xidməti də Rövşən Binnətlinin işdən ayrılmasını təsdiq edib:

“Rövşən Binnətli pensiya yaşı ilə əlaqədar işdən ayrılıb”.