“Qarabağ”ın tarixi zəfəri MM-də müzakirə edildi – Deputatdan TƏKLİF

“Dünən biz şahid olduq ki, idman böyük siyasətdir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisin plenar iclasında deyib.

O, “Qarabağ”ın qələbəsinin furbolun əhmiyyətini bir daha vurğuladığını qeyd edib.

“Klubun baş məqçisi, mənim təmsil olunduğum Zaqatalanın yetirməsi Qurban Qurbanov belə bir ifadə işlətdi: “Biz bu ruhu, əzmi, meydanda xarakter qoymağı Ali Baş Komandandan öyrəndik. Onun siyasətdəki yolunu idmanda davam etdiririk”. Dünən UEFA-nın saytında da bu qələbə “Tarix dərsliyi üçün” başlığı ilə paylaşıldı. O zaman Prezidentin sözləri yadıma düşdü: “Qarabağ uğrunda döyüş tarix dərsliklərində qalacaq”.

Dünən biz şahid olduq ki, idman böyük siyasətdir. Bu kinodan və digər məqamlardan daha üstündür. Bundan istifadə etməliyik. Təklif edirəm ki, bu gün futbolumuzun təşviqi üçün klublara sponsorluq edən iş adamlarının vergi məsələsinə yenidən baxaq.

“Həmçinin “Qarabağ”ın bu gün “Qarabağ” olmasının ən böyük səbəbkarlarından biri, zamanda evini belə satıb klubun sərəncamına verən Aqil Abbasdır” – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az