1603216871 15612806515d0f408b9e55b8 38693900

ABŞ yaxın bir-iki gün ərzində İrandan hücumlara cavab gözləyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” adını açıqlamadığı iki mənbəyə istinadla məlumat yayıb.

Mənbə bildirir ki, İran ABŞ-ın Yaxın Şərqdəki mövqelərini vura bilər. Qeyd edək ki, ABŞ-ın regionda 40 min hərbçisi var.

Bununla yanaşı, agentliyə açıqlama verən mənbələr Vaşqintonun İranın hücumlarından yayınmaq üçün mövcud vəziyyəti diplomatiya ilə həll etməyə çalışdığını qeyd ediblər.

Xatırladaq ki, iyunun 22-də ABŞ Prezidenti Donald Tramp İranın üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana zərbələr endirdiyini açıqlamışdı.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: