İcra başçısı xanım müavinini işdən çıxardı

Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifədən azad olunub.

Globalinfo.az ”Report”a istinadə xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.

Sənədə əsasən, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.