
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazı Rauf Mansurova yardım adı ilə göndərdiyi materiallar etiraza səbəb olub.
Globalinfo.az xəbər verir ki, evi uçulan qazi İcra tərəfindən təmir üçün göndərilən şiferlər və taxtaların görüntüsünü paylaşıb.
Qazi videoda etiraz edərək materialların işə yaramaz olduğunu göstərib.
Videonu təqdim edirik:
Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşların fərdi yaşayış evlərinin tikintisi və təmiri üçün rayon icra hakimiyyətinin xərclər smetasında vəsait nəzərdə tutulmayıb, lakin Rauf Mansurova imkan daxilində RİH tərəfindən dəfələrlə maddi yardımlar edilib.