595693297 891554953223520 5807370370822293842 n 12

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun plaşının qiyməti sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Belə ki, onun 1-ci Balıq festivalında əyninə geyindiyi qara plaşın “Hugo Boss” və ya  “Burberry” brendinə məxsus olduğu və 26 min manat (13 min avro) dəyərində olduğu iddia olunub.

Globalinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, icra başçısı iddialara münasibət bildirərək, sosial şəbəkələrdə plaşın aid olunduğu iddia edilən brendi ilk dəfə eşitdiyini, dəyəri ilə bağlı deyilənlərin isə həqiqətə uyğun olmadığını açıqlayıb.

“Həmin plaş hazırda da əynimdədir. Bunu 3 il bundan qabaq mən 350 manata almışam”, – o bildirib.

Ətraflı videoda:

Paylaş: