İcra başçısı ilə birgə tutulan məmurdan xəbər var – FOTO

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovla birgə həbs edilmiş şöbə müdiri Natiq Kərimovun cəzaçəkmə yeri dəyişdirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu haqda Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Hakim məhkumun cəzasının 2/3 hissəsini çəkməsini və barəsində müsbət rəyi nəzərə alaraq qalan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib.

Bundan əvvəl isə eyni əsaslarla eks-icra başçısı Ceyhun Cəfərov da məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.

Qeyd edək ki, korrupsiya cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ceyhun Cəfərov yekun məhkəmə qərarı ilə 6 il, Natiq Kərimov isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onların hər ikisi cəzalarını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkirdi.

ceyhun-ceferovla-birge-tutulan-memurun-da-cezacekme-yeri-deyisdi