WhatsApp Image 2025 09 22 at 18.56.35

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonda keçirilən festivala azyaşlı oğlu ilə gəlib.

Globalinfo.az xəbər verir ki, o, rayonda keçirilən Balıq Festivalında iştirak edib.

İcra başçısının festivala övladı ilə gəlməsi maraq doğurub.

Qeyd edək ki, dekabrın 4-də Neftçala rayonunda ilk dəfə Balıq Festivalı təşkil olunub. Tədbir Neftçala Rayon İcra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Paylaş: