İcra başçısı baş memarı işdən çıxardı

Qəbələ Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar Təbriz Abdulxalıqov vəzifəsindən azad olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə rayonun icra başçısı Səbuhi Abdullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, T.Abdulxalıqov bu gün tutduğu vəzifədən azad olunub. Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, T.Abdullayevin adı meşə fondunun ərazisinə aid torpaq sahələrini ayrı-ayrı fiziki şəxslərə satmaqda hallanırdı. Onun bu işdə  Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Tahir Əlimirzəyevlə əlbir olduğu iddia olunurdu.