
ABŞ-da evsiz kişi lotereya sayəsində milyonçu olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.
Adı açıqlanmayan şəxs lotereya biletini Kaliforniya ştatının San Luis Obispo şəhərindəki içki mağazasından alıb:
“O, əvvəlcə 100 min dollar qazandığını düşünüb. Cızıq biletini iki dəfə yoxlayandan sonra isə 1 milyon dollar qazandığını anlayıb”.
Qalib jurnalistlərə bildirib ki, mükafat onun həyatını dəyişib:
“Həmin adam puldan ev və avtomobil almaq üçün istifadə etməyi, sərmayə yatırmağı, qalanını qənaət etməyi planlaşdırır”.
Məlumata görə, sözügedən biletlə 1 milyon dollar qazanma ehtimalı azdır.
Əliyar Xəlil
Globalinfo.az