4

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüş Ankarada keçirilib.

Görüş zamanı Ukraynadakı təhlükəsizlik vəziyyəti ilə bağlı qiymətləndirmələr aparılıb, Rusiya ilə Ukrayna arasında davam edən münaqişə və iki ölkə arasındakı gərginliyin həm regional, həm də qlobal təsirləri müzakirə olunub.

Bu çərçivədə sülhün təmin olunması üçün görülə biləcək tədbirlər, danışıqlar prosesində əldə olunan son mərhələ, eləcə də regional şərait nəzərə alınmaqla atıla biləcək addımlar dəyərləndirilib.Kalın və Umerov arasındakı görüşdə, həmçinin Ukraynanın Rusiyada saxlanılan hərbi əsirlərin azad edilməsi və əsir mübadiləsi məsələsi də müzakirə edilib.

Görüşdə mövcud əməkdaşlıq formatları çərçivəsində iki ölkə arasında sistemli işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: