
İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan terror və mütəşəkkil cinayətlərlə bağlı aparılan iki ayrı istintaq çərçivəsində İBB-nin keçmiş baş katibinin müavini Buğra Gökçe və şübhəli şəxs qismində axtarışda olan Uğur Atamanın saxlanılması ilə saxlanılanların sayı 90-a yüksəlib.
Globalinfo.az bildirir ki, 19 mart çərşənbə günü saxlanılan şübhəlilərin ifadəsi dünən alınmağa başlasa da, İBB sədri Əkrəm İmamoğlunun ifadəsi bugün saat 15:00 radələrində alınmağa başlayıb.
Bu gün Ə. İmamoğlunun maliyyə cinayəti üzrə aparılan istintaq çərçivəsində ifadə verəcəyi ehtimal olunur.
Gülnar Səlimova
Globalinfo.az