ABŞ Yəməndə husilərin komandirini zərərsizləşdirib. Zərbələr nəticəsində “Ənsar Allah” hərəkatının sahə komandiri və onu müşayiət edən şəxslər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
ABŞ-ın Yəmən üsyançıları “Ənsar Allah” hərəkatına qarşı keçirdiyi hərbi əməliyyat zamanı husilərin sahə komandiri Əbu Əbdullah əl-Hamran zərərsizləşdirilib.
Məlumata görə, Əl-Hamran Yəmənin Səəda vilayətinin qubernator müavini və bölgədəki “Ənsar Allah” qüvvələrinin rəhbəri olub. Hücum zamanı onunla birlikdə bir neçə müşayiətçi şəxs də həyatını itirib. Onların arasında husilərin regional maarif departamentinin rəhbəri də olub.
Xatırladaq ki, ABŞ 15 mart tarixindən etibarən Prezident Donald Trampın əmri ilə husilərin nəzarətində olan ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Husilər hazırda Yəmənin təxminən üçdəbirinə nəzarət edirlər.
Aysel Əliyeva
Globalinfo.az