Husilərdən geri addım: “Hazırıq!”

husiii

“Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər sülhə nail olmaq üçün ABŞ ilə danışıqlara hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətərin “Al Arabya” telekanalı məlumat yayıb.

“Amerikanın təcavüzü əsassız hücumdur və suverenliyimizin pozulmasıdır. Danışıqlar üçün kanallar açıla bilər. Biz hər zaman dialoqu dəstəkləmişik”, – hərəkatın liderlərindən biri kanala bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

Əliyar Xəlil
Globalinfo.az