husiler 1

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının limanlarına daxil olan və ya oradan çıxan gəmilərin hücum hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, husilər gəmi sahiblərinə ünvanladıqları məktubda elan etdikləri dəniz blokadasının Səudiyyə Ərəbistanının limanlarına istiqamətlənən və oradan çıxan bütün gəmilərə şamil edildiyini bildiriblər. Qruplaşma qeyd edib ki, belə gəmilər istənilən vaxt hücum obyektinə çevriləcək.

“Bloomberg” yazır ki, bu təhdid Qırmızı dəniz vasitəsilə həyata keçirilən neft ixracına ciddi təsir göstərə bilər. Son aylarda məhz bu marşrut üzrə daşınmalar rekord həddə çatıb,  İsrail, ABŞİran arasında gərginlik fonunda dünya bazarında neft qiymətlərinin daha kəskin artmasının qarşısını alan əsas amillərdən biri olub. İxracın pozulacağı təqdirdə isə neftin qiymətinin daha da bahalaşacağı istisna edilmir.

Xatırladaq ki, bu gün Brent markalı neftin bir barelinin qiyməti təxminən 91 dollara yüksələrək son beş həftənin maksimum səviyyəsinə çatıb. WTI markalı Amerika nefti isə 1,80 dollar bahalaşaraq 85,03 dollar olub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: