“Bayden başqa ölkələrdə müharibələri qızışdırmaq əvəzinə ABŞ-ın problemlərini həll etməyə çalışsa, daha yaxşı olar”.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərin lideri Əbdülməlik əl-Husi fikir səsləndirib. O, ABŞ-Meksika sərhədindəki vəziyyəti, federal və əyalət orqanları arasındakı gərginliyi Baydenə xatırladıb.
Husi lideri qeyd edib ki, Amerika prezidenti digər dövlətlərdə müharibələrə başlamaq əvəzinə, ilk növbədə ölkəsindəki böhranla və apardığı siyasətin doğurduğu problemlərlə məşğul olmalıdır.
Əliyar Xəlil,