“Hüseyniyyun”un rəhbərləri azadlığa buraxıldı

İranda “Hüseyniyyun” terror qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, “İran” qəzetinin müxbiri Məhəmməd Mütləqin SEPAH-ın məsələyə müdaxiləsindən sonra onların həbsdən buraxıldığını yazıb.

Qeyd edək ki, Tohid İbrahimbəyli və Orxan Məmmədov 22 apreldə İranın Qum şəhərində həbs edilmişdi.