“Hüseyniyyun” terror təşkilatının başçısı mükafatlandırıldı

Azərbaycana qarşı davamlı təhdidlər yağdıran “Hüseyniyyun” terror təşkilatının rəhbəri Tohid İbrahimbəyli İran rəsmiləri tərəfindən mükafatlandırılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ermənipərəst siyasi şərhçi Ehsan Mövəhhedian X hesabında video paylaşıb.

Məlumata görə, Tohid İbrahimbəyli göstərdiyi “xidmətlərə” görə İranın hərbi rəsmiləri və din xadimlərinin mükafatına layiq görülüb.

“Bəsic” qüvvələrinin komandiri, “Azərbaycan-Hüseyniyyun” İslam Müqavimət Hərəkatının başçısı Tohid İbrahimini mükafatla təltif edib”, – deyə o yazıb.