Hüseyn Əzizoğlunun restoranında dava: saxlanılan var

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, əmələ hüquqi qiymət veriləcək:

“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***12:57

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Qurumun mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, hadisə ərazi polis orqanında araşdırılır.

Əlavə məlumat veriləcək.

***09:49

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci polis bölməsinin əməkdaşları araşdırırlar.