Hulusi Akarla Sergey Şoyqu Qarabağ məsələsini müzakirə etdi – YENİLƏNDİ

Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla Qarabağ məsələsini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər taxıl sövdələşməsini həmçinin Suriya məsələsini də müzakirə ediblər.

***

20:24

Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.