Hulusi Akardan ukraynalı nazirə maraqlı jest – VİDEO

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə ölkəyə səfər edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hulusi Akar Kayseriyə gələn ukraynalı nazirə maraqlı jest edib.

Belə ki, nazir Türkiyənin Milli Müdafiə Nazirliyinə verilən ölkənin ilk yerli elektrik avtomobili “TOGG”u ukraynalı nazirin səfəri üçün ayırıb.

Akar Kubrakovu görüşün keçiriləcəyi hotelin qarşısında qarşılayaraq onun nazirliyə verilən sözügedən bu “TOGG”a minən ilk şəxs olduğunu bildirib: “Biz hələ bu avtomobilə əyləşməmişik, necədir, bəyəndiniz?”

Kubrakov isə, öz növbəsində “TOGG”u bəyəndiyini dilə gətirib.