Hulusi Akar Şoyqu ilə taxıl dəhlizini müzakirə edib – YENİLƏNİB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb.

Globalinfo.az APA-a istinadla məlumat verir ki, Şoyqu və Akar Rusiya Federasiyası tərəfindən taxıl dəhlizi çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırmasını müzakirə ediblər.

15:08

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Akar Şoyqu ilə taxıl dəhlizi ilə bağlı son hadisələri müzakirə edəcək.

Hulusi Akar “Taxıl sazişi”nin davam etməsi üçün səy göstərdiklərini vurğulayıb.