Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı

1680803990 hulusi akar austin aa 1934948

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.

Telefon danışığı zamanı NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib. Türkiyənin F-16 tədarükü və modernləşdirilməsi layihəsinin tez və müsbət nəticələnməsinin vacibliyi vurğulanıb.

Akar Türkiyənin NATO-nun “açıq qapı” siyasətini hər zaman dəstəklədiyini, Finlandiyanın üzvlüyünün bunu sübut etdiyini, İsveçin üzərinə götürdüyü öhdəlikləri ən qısa zamanda yerinə yetirəcəyinə ümid etdiyini vurğulayıb.