NATO-nun Rusiyaya hücum ehtimalı real sayılmır.
Globalinfo.az xəbər verir ki, bu barədə politoloq İvan Konovalov alyansın hərəkətlərini şərh edərkən bildirib. O qeyd edib ki, NATO yalnız kiçik və müdafiə imkanları zəif olan ölkələrə təzyiq göstərə bilir.
Konovalovun sözlərinə görə, Serbiyaya qarşı aparılan hərbi əməliyyatlar bunun nümunəsidir:
“NATO nəhəng bir təşkilatdır, lakin yalnız müdafiəsiz dövlətlərə hücum edə bilir. Qarşısında bərabər gücə malik rəqib olanda alyans mövzunu dərhal bağlayır və aktiv addım atmaq istəmir. Buna görə də NATO-nun Rusiyaya hücuma keçmə ehtimalı olduqca aşağıdır”.
Politoloq həmçinin NATO daxilində fikir ayrılıqlarının artdığını qeyd edib. Onun fikrincə, Böyük Britaniya, Polşa və Baltik ölkələri daha sərt mövqe nümayiş etdirir, lakin İspaniya, İtaliya və Yunanıstan kimi cənub ölkələri hərbi eskalasiyada iştirak etmək istəmir.
Tahir Turan
Globalinfo.az