Hücum başqa şəhərdə baş verib – Fazil Mustafadan diqqətçəkən rəy

“Əhməd Obalının döyülməsi barədə hazırda dəqiq söz demək mümkün deyil, amma bütün şübhələr İranın üzərinə gedir. Çünki Əhməd Obalının ictimai-siyasi fəaliyyəti bilavasitə İrana qarşı Azərbaycanın azadlığını dəstəkləyən bir istiqamətdə idi. Ona görə də belə bir şeyin olması mümkündür”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında bir müddət əvvəl terror hücumuna məruz qalan deputat Fazil Mustafa güneyli milli fəal, GünAZ TV-nin rəhbəri Əhməd Obalının ABŞ-da döyülməsi haqda danışarkən deyib.

O bildirib ki, istintaq orqanları məsələni mütləq açıqlığa qovuşduracaq:

“Hər halda istintaq nəticəsində hər şey bilinəcək. Axı burada müxtəlif versiyalar var. Döyülmə faktı da səbəbsiz deyil. Ona görə də hər bir halda istintaqın nəticəsini gözləmək lazımdır. Çünki hadisə Əhmədin yaşadığı şəhərdə deyil, başqa şəhərdə baş verib. Onun fəaliyyəti İran hakimiyyət orqanlarını ciddi narahat edirdi. Belə terror üslubu çox vaxt İranın bu işlərdə rol aldığını göstərir. Məsələ mütləq ciddi araşdırılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az