AZAL-ın təyyarəsi Bakıdan uçuşa başlayanda… – Nazirlik şok detalları açıqlayır

teyyare qezasi aktau

Bakıdan Qroznıya gedən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsi uçuşa başladıqda və Qroznıya qədər tam uçuşa yararlı vəziyyətdə olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb.

Təyyarənin GPS siqnalları Qroznı hava limanı üzərində itib.

Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydə alınıb.

CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

Əliyar Xəlil
Globalinfo.az