HP sədri Büdcə Zərfinə təbii qazın qiymətinin də daxil edilməsini təklif etdi

“Qarşıdakı dövr üçün büdcə zərfində məlumatların artırılmasına ehtiyac var”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının (HP) sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, bunun üçün qanunvericiliyə dəyişiklik edilməlidir: “Büdcə Zərfinə təbii qazın qiyməti barədə məlumatların da daxil edilməsini təklif edirik. Təbii qazın dünya bazarında qiymətinin artması bunu şərtləndirir”.