Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilən “Hörümçək toru” adlı xüsusi əməliyyatla bağlı yeni detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə FSB direktoru Aleksandr Bortnikov məlumat verib.
O bildirib ki, sözügedən əməliyyat Britaniya kəşfiyyatının nəzarəti altında İstanbulda Moskva-Kiyev danışıqları ərəfəsində baş tutub:
“Londan sonradan təbliğat dəstəyi də göstərdi. Onlar mediaya bu barədə saxta məlumatlar verdi”.
Qeyd edək ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” kod adlı genişmiqyaslı əməliyyat keçirib. Nəticədə Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.
Əliyar Xəlil
Globalinfo.az