İran Hörmüz boğazından tranzit üçün gəmilərdən “Gəmi Məlumat Bəyannaməsi”ni doldurmağı tələb edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN”in məlumatında qeyd olunub.
Bildirilir ki, sənəddə təkcə gəmi haqqında məlumat deyil, həm də yük məlumatları, heyət üzvlərinin və gəmi ilə əlaqəli digər şəxslərin vətəndaşlığı ilə bağlı onlarla məqam yer alacaq.
Tamamlanmış bəyannamənin elektron poçt vasitəsilə Körfəz İşləri İdarəsinə göndərilməsi tələb olunacaq.
Qeyd edək ki, İsrail-ABŞ və İran, eləcə də “Hizbullah” hərəkatı ilə münaqişə 28 fevraldan bəri şiddətlənib. Qısa müddət sonra İran Hörmüz boğazını faktiki olaraq bağladı və bu da enerji qiymətlərinin kəskin şəkildə artmasına səbəb oldu.
Tahir Turan
Globalinfo.az