hormuz1 900x506 2

Omanın cənubunda, Hörmüz boğazı yaxınlığında yerləşən sularda “MT Marivex” neft tankerində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı gəmidə olan 24 Hindistan vətəndaşının hamısı xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Bildirilib ki, tanker hadisə zamanı yük olmadan hərəkət edib. Partlayış nəticəsində gəminin mühərrik bölməsi zədələnib, həmçinin xilasedici qayıqlardan biri tamamilə yararsız hala düşüb.

İlkin məlumatlara əsasən, insidentin səbəbi kimi gəmiyə raket və ya pilotsuz uçuş aparatı ilə zərbə endirilməsi ehtimalı nəzərdən keçirilir. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Rəsmi qurumlar insidentlə bağlı əlavə məlumatların araşdırmalar başa çatdıqdan sonra açıqlanacağını bildiriblər.

 

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: