IMG 8862

ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İrana məxsus 16 hərbi gəmini məhv ediblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı “X” hesabında məlumat paylaşıb.

Bildirilir ki, boğazın minalanmasında istifadə olunan 16 gəmi məhv edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minalaması barədə məlumat əldə etdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə bununla bağlı İrana sərt xəbərdarlıq edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: