Hollivud ulduzu 20 milyonluq müqavilə imzaladı

Hollivud ulduzu Conni Depp məşhur “Dior” şirkəti ilə müqavilə imzalayıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, şirkət aktyorla yeni layihələr çərçivəsində işgüzar əlaqələrini daha da gücləndirib.

Tərəflər arasında imzalanan üçillik yeni müqavilənin dəyəri 20 milyon dollardan çox olacaq.

Dünyaşöhrətli ətir brendlərinin verdikləri məlumata görə, mütəmadi olaraq ətir istehsalçıları ilə sövdələşən dünya ulduzlarının əksəriyyəti ildə təxminən 2-4 milyon dollar gəlir əldə edirlər. Təkcə “Armani” brendi ilə müqaviləsinin dəyəri 4 milyon dollar olan məşhur aktyor Kris Pineni də bu siyahıya aid etmək olar.

Xatırladaq ki, Depp 2015-ci ildən məşhur ətir brendi olan “Dior Sauvage”ın simasıdır.