Hollandiya öz qoşunlarını Şərqi Avropaya göndərir – Səbəb Rusiyadır…

Hollandiya öz qoşunlarını Şərqi Avropada yerləşdirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “True” qəzeti məlumat paylaşıb.

Bildirilib ki, Hollandiya parlamenti hökumətin qoşunların Şərqi Avropada daimi yerləşdirilməsi təklifini təsdiqləyib.

Təklifdə qeyd olunur ki, Rusiyanı çəkindirmək üçün Baltikyanı ölkələrdə və Polşada müttəfiq ordunun daimi iştirakına böyük ehtiyac var.

Bundan başqa sənəddə Hollandiyanın hərbi infrastrukturunu genişləndirmək və təlimlər keçirmək üçün kifayət qədər ərazi olmadığına diqqət çəkilir.

Əliyar Xəlil
Globalinfo.az