
Abşeron rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.