Hizbullah İcraiyyə Şurasının rəhbəri Haşim Safi əd-Dinin öldürülüb.
Globalinfo.az xəbər verir ki, İsrail ordusu məlumatı rəsmən təsdiq edib.
O, hərəkatın sabiq uzunmüddətli lideri Həsən Nəsrullahın öldürülməsindən sonra baş katib postuna əsas namizəd hesab edilirdi.
Xatırladaq ki, H.Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutda hərəkatın mərkəz qərargahını bombalaması nəticəsində ölüb.