Xəbər verdiyimiz kimi, “Hizbullah” İsrailin “Qolani Piyada Briqadası”nın bazasına kamikadze-dronla zərbə endirib. Çoxlu sayda yaralananlar və ölənlər var.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, “Hizbullah” hava hücumundan müdafiə sistemini aldada bilib:
“Qolani Briqadası İsrailin döyüşə ən hazır olan briqadası hesab olunur. Amma “Həyəcan Siqnalı” işə düşməyib və buna görə də briqada zərbəyə hazır olmayıb”.
“Hizbullah” pilotsuz təyyarənin hücumunu gizlətmək üçün eyni zamanda güclü raket hücumu həyata keçirib”, – İsrail Ordusu Radiosunun məlumatında deyilib.