1749843956 2157379010 900x600 1

İsrail ordusunun Livanda “Hizbullah“a qarşı əməliyyatları bütün hallarda davam edəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

    O bildirib ki, İsrail ordusu Livanda daha çox əməliyyatların aparılması ehtimalını nəzərdən keçirir və hücumlar sərhəddəki vəziyyətdən asılı olaraq daha da arta bilər.

    Katz İsrailin uzunmüddətli məqsədinin “Hizbullah”ın tərksilah edilməsi olduğunu vurğulayıb.

    Nazir İsrailin şimalına “Hizbullah” tərəfindən hücum ediləcəyi təqdirdə, Beyrutun Dahiyə bölgəsinin İsrail tərəfindən hədəfə alınacağını deyib.

    Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və “Hizbullah“ın qarşılıqlı olaraq hücumları dayandırmağa razılaşdığını elan edib.

    Paylaş: