Hizbullah elan etdi: Hazırıq, hücuma keçəcəyik!

“Biz lazım olan anda məsələyə müdaxilə edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Livanın Hizbullah qruplaşmasının Baş katibinin müavini Şeyx Naim Qasim deyib.

“Hizbullah döyüşmək üçün tam hazır vəziyyətdədir. Lazımi vaxt çatanda müdaxilə edəcəyik”, – qruplaşmanın rəsmisi bildirib.

Xatırladaq ki, oktyabrın 13-ü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana səfər edərək qruplaşmanın baş katibi ilə görüşüb.

Ayşən Mustafa
Globalinfo.az